Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Minsk) oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Aleksandr Şaqoyko jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.
– Oyundan əvvəl desəydilər ki, “Neftçi”ni 4:2 hesabıyla məğlub edəcəksiniz, buna inanardınız?
– Məqsədimiz mərhələ adlamaqdır. Oyunun əvvəlində erkən qollar buraxacağımızı düşünmürdük. Ümumilikdə, 4 qol vurmağımız, qələbə qazanmağımız əladır. Kiminlə oynadığımızı bilirdik. Xoşbəxtəm ki, belə nəticə qazandıq.
– Ötən mövsüm avrokubok oyunlarınızı Azərbaycanda keçirdiniz. Bu, bugünkü matça nə dərəcə təsirini göstərdi?
– Necə cavab verəcəyimi bilmirəm.
– “Neftçi”nin oyunu çevirə biləcəyini düşünürsünüz?
– Hələ heç nə bitməyib. Super üstünlüyümüz yoxdur. Növbəti matça ciddi hazırlaşacağıq. Hansı komandaya qarşı oynayacağımızı bilirik. 2 toplu fərq təhlükəlidir. Oyuna böyük ciddiyətlə hazırlaşacağıq. Yenə deyirəm, məqsədimiz mərhələ adlamaq və yolumuza davam etməkdir.
– “Neftçi”ni keçə bilməsəniz, faciə sayılacaq?
– Bizim üçün istənilən məğlubiyyət faciədir. Meydana yalnız qələbə üçün çıxırıq. Mərhələni keçə bilməsək, çox pis olaram.

