"Kəpəz portuqaliyalı hücumçunun transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, Azuma Abubakar bundan sonra "sarı-göylər"in formasını geyinəcək.
Forvard ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı futbolçunun son klubu Avstriya "Lustenau"su olub. Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.

