Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov
    22.07.2026 18:17:41

    Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – MOİK (Bolqarıstan) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Sabah” dünən qələbə qazandı, onları təbrik edirəm. Bu gün də “Neftçi”yə uğurlar arzu edirəm. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Fərqli rəqibdir, fərqli üslubları var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq.

    – Artıq 2 oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
    – Tam deməzdim, amma yaxşılığa doğru gedir. Çox istərdim ki, istədiyimizi 90 dəqiqə meydanda edə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Düşündüyümüz kombinasiyaları davamlı yerinə yetirə bilmirik. Getdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə tez-tez meydanda nələrisə dəyişməli oluruq. Hər bir halda, ümumi olaraq, işlər yaxşılığa doğru gedir.

    – MOİK ilə oyun “Qarabağ”ın indiki gücünü göstərəcək?
    – Komandanın oyununu stabilləşdirmək, yaxşılaşdırmaq elə də asan deyil. Çünki hazırlıq planında bəzən çatışmazlıqlar olur. Futbolçular eyni səviyyədə görünmür. Həm də yayda isti havanı nəzərə alsaq, dinamikanın aşağı düşməsi normaldır. İllərdir, bunu yaşayırıq və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik oldu, bunun hansısa təsiri ola bilər. Tam formaya düşəcəyimiz vaxtı demək olmur. Əminəm ki, getdikcə daha yaxşı olacağıq.

    – Heyətlə bağlı problemlər var? Dani Bolt nə üçün sifariş ərizəsində yoxdur?
    – Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər.

    – Montiel niyə əvəzedici komandaya göndərilib?
    – Montiel əsas komandadadır. Onu bu dəfə meydanda görəcəksiniz. Hələ də bizimlədir. Ola bilər ki, bəzi futbolçular iştirak ərizəsində yer almasınlar. Bu, hər futbolçunun başına gələ bilər.

    – PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, sarı vərəqə və künc zərbələrinə görə də sistemə müraciət edilə bilər. Sizin bu qərara münasibətiniz necədir?
    – Komandada nə qədər çox futbolçu olursa, problem də çoxalır. Hakimliklə bağlı da nə qədər detallar əlavə edilsə, bir o qədər narazılıq artacaq. VAR gələndən referilərdən şikayətlər çoxalıb. Hər xırda detal özlüyündə əlavə problem gətirir. Məncə, problemlər, mübahisəli vəziyyətlər daha çox olacaq.

    – MOİK 2 gün əvvəl liqada oyuna çıxıb. Bu, sizin lehinizədir?
    – Bu suala cavab vermək çətindir. Düzü, mən də istərdim, arada bir oyun keçirək, futbolçuların praktikası artsın. İndiki məqamda oyun sayı nə qədər çox olarsa, faydası da o qədər artar.

    – Transferlərlə bağlı yenilik var?
    – Dəqiq bir şey yoxdur. İşimiz davam edir. Yeni transfer üçün çalışırıq, alınsa edəcəyik.

    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved