Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "O, "Polesye"nin adını çəkən kimi dedi ki, get – Leandro Andrade
    22.07.2026 13:48:46

    “Qarabağ”dan “Polesye” klubuna transfer olunan Leandro Andrade Ukrayna klubunun rəsmi saytına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o, Azərbaycanda keçirdiyi günlərdən, “Qarabağ”dakı dönəmindən danışıb:

    “Mənim üçün 4,5 il ərzində doğma evə çevirilmiş yeri tərk etmək asan olmadı. Orada bütün həyatım boyu dostluq edəcəyim insanları tanıdım, eləcə də azarkeşlərin böyük sevgisini qazandım. Məni çox vaxt “qızıl oğlan” adlandırırdılar. Avropada qalıb inkişaf etmək istəyən klubda oynamağı arzulayırdım. Burada çıxış etmiş bir neçə futbolçu ilə danışdım. Bu mənə klubun necə işlədiyini müəyyən etməyə və qərar verməyə böyük rol oynadı”.

    Andrade “Qarabağ”da birgə oynadığı Aleksey Kaşşukdan da “Polesye” haqqında soruşduğunu bildirib: “Mən klubun adını çəkən kimi o dedi ki, get. İlk olaraq məhz belə dedi. O bildirdi ki, Ukrayna çox yaxşı ölkədir, insanları mehribandır və mən özümü evdəki kimi hiss edəcəyəm. Mənə elə gəlir ki, mentalitet Portuqaliyadan və ya Kabo-Verdedən o qədər də fərqlənmir.

    Həmçinin “Qarabağ”da işləyən fizioterapevtlə də danışdım. O da ukraynalıdır və məsləhət gördü ki, tərəddüd etməyim və gedim. Müharibə barədə çox da məlumatı olmayan bir əcnəbi üçün müəyyən risk mövcuddur. Amma bir çox legionerlər uzun müddətdir ki, Ukraynada çıxış edir və onlara xoşbəxtlikdən heç nə olmayıb”.

    26 yaşlı futbolçu karyerasının ən yadda qalan oyunu barədə məlumat verib: ”Benfika”ya qarşı Çempionlar Liqasındakı oyun. Bu kluba uşaqlıqdan azarkeşlik edirəm. Mən qol vura bildim və biz qalib gəldik – 3:2”.

    Andrade “Polesye” ilə Konfrans Liqasının liqa mərhələsinda oynamaq istədiyini bildirib: “Mən heç vaxt Konfrans Liqasının əsas mərhələsində çıxış etməmişəm. Yalnız pley-offda oynamışam, çünki bir neçə il əvvəl Avropa Liqasın qrup mərhələsində mübarizəni dayandırmışdıq. İstənilən Avropa klub turnirində mübarizə aparmaq çətin və rəqabətlidir”. 

    Leandro Andrade “Polesye”nin Konfrans Liqasında rəqibi olacaq “Kopenhagen”i də dəyərləndirib: “Qarabağ” ötən mövsüm “Kopenhagen”lə qarşılaşdı. Bu, güclü komandadır. Biz 1:0 öndə idik, lakin onlar üstünlüyü ələ aldı. Lakin qolu biz vurduq. İstəyirəm ki, komandamız Konfrans Liqasının əsas mərhələsində oynasın. Rəqibin kimliyindən asılı olmayaraq, özümüzə inanmalıyıq”. 

    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Futbol

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    Futbol

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09
    Futbol

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43
    Futbol

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    Futbol

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved