Azərbaycan UEFA ölkə reytinqində mövqeyini daha da möhkəmləndirib.
Prosport.Az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah"ın Finlandiyanın "KuPS" klubunu 1:0 hesabı ilə məğlub etməsi sayəsində mümkün olub.
Qələbə nəticəsində Azərbaycanın hesabına daha 0,250 əmsal əlavə olunub. Bununla ölkəmizin ümumi əmsalı 20,312-yə yüksəlib.
Hazırda Azərbaycan əvvəlki kimi UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 25-ci sırada yer alan İsrailin 20,750, 27-ci pillədəki Slovakiyanın isə 18,750 əmsalı var.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri 2026/27 mövsümünün avrokubok təsnifat mərhələlərində keçirdikləri 7 oyunun hamısından qələbə ilə ayrılıblar.

