UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk qarşılaşmaları keçirilib.
Prosport.Az xəbər verir ki, “Orxus” Danimarkada Polşa “Lex”ini qəbul edib.
Polşa klubu səfərdə rəqibini 4:1 hesabı ilə məğlub edib. Komandalar 1 həftədən sonra cavab oyununda qarşılaşacaqlar.
Bu cütün qalibi III təsnifat mərhələsində “Sabah” – KuPS duelinin güclüsü ilə üz-üzə gələcək.
Bakıda keçirilən ilk oyunda “Sabah” 1:0 hesabı ilə qalib gəlib.
