Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas
    21.07.2026 22:50:23

    Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sabah” – “KuPS” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Böyük və möhtəşəm duyğular yaşayırıq. Düzdür, bir az məyusluq var. Çoxlu qol imkanları yaratdıq, ancaq dəyərləndirə bilmədik. Futbolçular tapşırıqları düzgün icra etdi. Hər iki hissədə kifayət qədər fürsətimiz oldu. Əfsuslar olsun, top tora daxil olmadı. Oyunun sonlarında bizim də bəxtimiz gətirdi. Rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və hazırlıqlara başlamalıyıq. Qarşıda çətin səfər oyunu var. KuPS artıq bizi yaxşı tanıyır. Uzun səfərimiz olacaq və süni örtüklü meydançada oynayacağıq. İnanıram ki, səfər matçında qol imkanlarından yararlana biləcəyik.

    – Maludanın oynamamağının səbəbi nə idi?
    – Məşqçi kimi vəzifəm əlimin altında olan ən yaxşı heyəti seçmək, hazırlamaqdır. Futbolçular da bizim tələblərimizə hazır olmalı, qələbələrimizə töhfə verməlidir. Maluda fiziki və mental oyuna hazır deyildi.

    – 2-ci hissədə 2 hücumçunu meydana buraxdınız. Bu, nə ilə bağlı idi?
    – Daha çox qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey və Kahim möhtəşəm oynadılar. Onlar böyük enerji sərf etdilər. Severina və Mbinanı oyuna qoşmaqla hücumların sayını artırmaq istəyirdik. Həqiqətən, ikinci qola da çox yaxın olduq.

    – Cavab matçında hücum futbolu oynayacaqsınız?
    – Oyunu təhlil edəcəyik. Görək, nələri daha yaxşı edə bilərik. Düzdür, çətin matç olacaq. Finlandiyada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

    – Komandanın bu qədər epizodu dəyərləndirə bilməməyi sizi narahat edir?
    – Açığı, yox. Epizod yarada bilməsəydik, narahat edərdi. Amma hər matç kifayət qədər qol fürsətlərimiz olur. Bu gün TNS-lə matçdakından daha çox şans yaratdıq. Futbol elə oyundur ki, bəzən qol fürsəti yaratmasan da nələrsə edə bilirsən. Dünya çempionatının finalını da buna nümunə göstərə bilərəm. Məsələn, Argentina finalda qapıya zərbə belə vura bilmədi, amma oyun 120 dəqiqə keçdi. Bu gün də bizdə qol çatışmadı. Qol tortun üzərindəki vişnə kimidir.

    – Yeni transferlərin start heyətdə olmamağı nə ilə bağlıdır?
    – Hələ mövsümün başlanğıcıdır. TNS-lə səfər matçında yeni transfer Almeyda meydana çıxdı. Çempion komandayıq, burda əməyi olan futbolçuları da başa düşməliyik. Onları “11-lik”dən çıxartmaq istəməzdim. Komandada yaxşı anlaşırlar. Yeni transferlər də duruma alışmalıdır, komandanı yaxşı öyrənməlidirlər. Həqiqətən, fantastik futbolçular gətirmişik. Ən güclü “11-liy”i seçmək istəyirəm. Geniş heyətimiz var və hər futbolçu töhfə verəcək gücdədir. Bu gün də kifayət qədər yaxşı oynadıq, amma daha çox qol vurub, qalib gələ bilərdik. Alınmadığı üçün məyusluğumuz var.

    – Növbəti potensial rəqiblərinizdən “Lex” hazırda səfərdə Danimarkanın “Orxus” komandasına 4 qolla qalib gəlir. Polşa təmsilçisi haqqında nə düşünürsünüz?
    – Hazırda bütün diqqətin KuPS-la cavab oyunundadır. Əvvəlcə bu mərhələni keçək, sonra növbəti rəqibi düşünəcəyik. Hazırda ən son düşünəcəyim şey “Lex”dir. Beynim hazırda KuPS-a fokuslanıb. Sübut etməliyik ki, mərhələni keçməyə qadirik.

    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved