UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeş dəstəyindən məhrum olacaq.
Prosport.Az xəbər verir ki, Sofiya klubu Bakıya azarkeşsiz gələcək. Buna Avropa Liqasının I təsnifat mərhələsinin “Derri Siti” ilə cavab görüşündə bolqarıstanlı fanatların intizamsız davranışı səbəb olub.
Nəticədə UEFA Sofiya təmsilçisinin azarkeşlərinin növbəti səfər oyununda iştirakına qadağa qoyub.
Xatırladaq ki, “Qarabağ”la MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Sofiyada keçiriləcək.

