Azərbaycan millisinin futbolçusu Toral Bayramovun da formasını geyindiyi “Bursaspor” növbəti yoxlama oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda “Esenler Erokspor”la qarşılaşıb. Görüşdə "Bursaspor" 2:0 hesabı ilə qalib gəlib.
Toral Bayramov da bu matçda iştirak edib. 25 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və 2-ci hissədə əvəzlənib.
Qeyd edək ki, Toral Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. O, 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi. Həmçinin futbolçu 2021-ci ildən Azərbaycan millisinin üzvüdür.

