"Karvan-Yevlax" klubu yeni futbolçu transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, 33 yaşlı qapıçı Orxan Sadıqlı ilə 1 mövsümlük müqavilə imzalanıb.
Xatırladaq ki, son olaraq "Mingəçevir"də çıxış edən qolkiper karyerası ərzində "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" "Zirə" və "Şəmkir" klublarının qapısını qoruyub.

