“Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində MOİK (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Prosport.Az xəbər verir ki, “Vestri” (İslandiya) ilə matçda olduğu kimi ispaniyalı Coni Montiel və Konqo əsilli fransalı Jeremi Qnali yenə heyətdə yer almayıb.
Bundan başqa, braziliyalı müdafiəçi Dani Boltun adı da iştirak ərizəsindən çıxarılıb, onun əvəzinə isə legioner qismində bosniyalı qapıçı Martin Zlomisliç heyətə daxil edilib.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Dominik Zlomisliç, Bilal Hacıyev (B), Mateuş Koxalski;
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi, Aleksey Kaşşuk, Cebrail Makreskis, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Əli Bəşirov, Samuel Lobatu;
Hücumçular: Zakariya Savo, Musa Qurbanlı, Renaldo Sefas.
Xatırladaq ki, “Qarabağ”la MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.
