"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi Stiv Byüsnarla anlaşma əldə olunub. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Monpelye"nin yetirməsi olan Stiv Byüsnar son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyunda meydan olub. O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" klublarında da çıxış edib.

