Avrokuboklarda iştirak edən bütün klublarımızın oyunlarını yayımlayacaq telekanallar bəlli olub. Son olaraq “Zirə” translyasiya problemini həll edib.
Prosport.Az xəbər verir ki, qəsəbə təmsilçisinin Konfrans Liqasında II təsnifat mərhələsi matçı “İdman TV”də ekranlara gələcək. Komandamızın “Payde” (Estoniya) ilə həm səfər, həm də ev oyunu canlı yayımlanacaq.
Bu yarışda mübarizə aparan “Neftçi”nin Minsk “Dinamo”su ilə matçlarının “CBC Sport”da təqdim olunacağı daha öncə bəlli idi. “Qarabağ”ın Sofiya MOİK-i ilə görüşləri də eyni telekanalda yayımlanacaq.
Çempionlar Liqasında mübarizə aparan “Sabah”ın oyunları iə İctimai Televiziya vasitəsi ilə ekranlara gətiriləcək.

