“Sabah”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Prosport.Az xəbər verir ki, Bakı təmsilçisi “KuPS” (Finlandiya) səddini keçə bilməsə, Avropa Liqasında “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün məğlubu ilə qarşılaşacaq.
Bu mərhələnin görüşləri avqustun 6-sı və 13-də reallaşacaq.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"u məğlub etsə, növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

