Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “DÇ-2026-dakı su fasilələri yenidən qiymətləndiriləcək” – FIFA rəsmisi
    19.07.2026 18:42:05

    FIFA 2026-cı il dünya çempionatı zamanı tətbiq edilən və geniş müzakirələrə səbəb olan su fasilələri qaydasını yenidən nəzərdən keçirəcək.

    Prosport.Az xəbər verir ki, bunu FIFA-nın qlobal futbolun inkişafı üzrə direktoru Arsen Venger mətbuat konfransında bildirib.

    Turnir başlamazdan əvvəl yüksək temperatur şəraitində futbolçuların sağlamlığını qorumaq məqsədilə su fasilələrinin tətbiqi təklif olunsa da, FIFA bu qaydanın hava şəraitindən asılı olmayaraq bütün oyunlarda qüvvədə olmasına qərar vermişdi.

    Bu qərar həm azarkeşlər, həm də futbol mütəxəssisləri tərəfindən tənqid olunub. Onlar örtülü stadionlarda və sərin hava şəraitində keçirilən matçlarda su fasilələrinin zəruri olmadığını bildiriblər. Bundan əlavə, televiziya kanallarının həmin fasilələr zamanı reklam yayımlaması və məşqçilərin bu vaxtdan əlavə taktiki göstərişlər vermək üçün istifadə etməsi də narazılıq doğurub.

    Arsen Venger qərarın birmənalı qarşılanmadığını etiraf edib:

    “Örtülü stadionlarda keçirilən bir çox oyunda insanlar bundan razı qalmadılar. Amma dünya çempionatı başlamazdan əvvəl bu qaydanın bütün matçlarda tətbiq olunmasına qərar verilmişdi. Məncə, bu, nəticələrə təsir göstərmədi. Amma biz azarkeşlər üçün çalışırıq və dünya çempionatından sonra bütün nəticələri təhlil edəcəyik”.

    Qeyd edək ki, UEFA artıq Avropa çempionatı və Çempionlar Liqası kimi turnirlərdə bu cür su fasilələrinin tətbiq olunmasının planlaşdırılmadığını açıqlayıb.

    Futbol

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:05:33
    Futbol

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50
    Futbol

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54
    Futbol

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09
    Futbol

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43
    Futbol

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:05:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39

    Kanadalı müdafiəçi "Sabah"la oyunu buraxacaq

    24.11.2026 17:15:17

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved