FİFA referisi Fəridə Lütfəliyeva qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarına təyinat alıb.
Prosport.Az xəbər verir ki, azərbaycanlı hakim turnirin 5-ci qrupunun yarımfinalında keçiriləcək "Flora" (Estoniya) – "Mgar Yunayted" (Malta) görüşünü idarə edəcək. İyulun 22-də baş tutacaq matçda Gülnurə Əkbərzadə yan xətt hakimi kimi fəaliyyət göstərəcək.
Bundan başqa, Fəridə Lütfəliyeva "Flora" – "Mgar Yunayted" cütünün qalibi ilə Slovakiyanın "Spartak Miyava" komandası arasında iyulun 25-də keçiriləcək final qarşılaşmasında ehtiyat hakim olacaq.
Qeyd edək ki, hər iki oyun Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.

