Fransa millisinin yarımmüdafiəçisi Maykl Olise 2026-cı il dünya çempionatında yeni rekorda imza atıb.
Prosport.Az xəbər verir ki, Fransa yığmasının futbolçusu İngiltərə ilə keçirilən üçüncü yer uğrunda görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Olise turnirdə assistlərinin sayını 7-yə çatdıraraq bir dünya çempionatında ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Bununla o, 1970-ci il mundialında 6 assist edən Braziliya millisinin əfsanəsi Pelenin rekordunu geridə qoyub.
Qeyd edək ki, Fransa bürünc medal uğrunda oyunda İngiltərəyə 4:6 hesabı ilə uduzaraq dünya çempionatını dördüncü pillədə başa vurub.

