Bu gün 2026-cı il futbol üzrə dünya çempionatının qalibi müəyyənləşəcək.
Prosport.Az xəbər verir ki, final qarşılaşmasında İspaniya və Argentina milliləri üz-üzə gələcək.
İspaniya tarixində ikinci dəfə dünya çempionu olmağa çalışacaq. Argentina isə ardıcıl ikinci, ümumilikdə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, İspaniya – Argentina finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

