2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Ezekiel Morqanı heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, Qanadan olan 24 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ezekiel Morqan ötən mövsüm “İmişli”nin heyətində Premyer Liqada 31 qarşılaşmada meydana çıxıb 1 qol vurub və 1 qol ötürməsinə imza atıb.
Onu da bildirək ki, bu, "Səbail"in ilk legioner transferidir. Halbuki mətbuatda komandanın transfer qadağası ilə üzləşdiyi yazılmışdı.

