Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi İranın 21 yaşlılardan ibarət milli komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Turan Tovuz"un yeganə qolunu Sadiq Şəfiyev vurub.
Qeyd edək ki, Kurban Berdiyevin rəhbərlik etdiyi komanda Türkiyə toplanışı çərçivəsində ümumilikdə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

