“Zirə”dən ayrılan Ayron Qomisin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 26 yaşlı Seneqal əsilli fransalı yarımmüdafiəçi karyerasını “Trua”da davam etdirəcək.
Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən komanda Fransanın əsas çempionatında – Liqa 1-də mübarizə aparacaq.
Xatırladaq ki, Ayron Qomis 2024-cü ildən ötən aya qədər “Zirə”nin formasını geyinib.

