Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümündən etibarən süni işıqlandırma sistemi olmayan stadionlarda I dövrədə ev oyunlarının keçirilməsinə icazə verilməyəcək.
Prosport.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verib.
O bildirib ki, yeni təqvimə əsasən, bəzi komandalar müəyyən ardıcıl 4 səfər oyunu keçirmək məcburiyyətində qala bilər: “Lakin bu, komandaların mövsüm ərzində keçirəcəyi ev və səfər oyunlarının sayına təsir göstərməyəcək. Yaranacaq balanssızlıq II dövrədən etibarən kompensasiya olunacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.İlk turun "Şamaxı" – "Qarabağ" oyunu bu səbəbdən "Azersun Arena"da baş tutacaq.

