Azərbaycan milli komandasının UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, A milli sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

