"Kəpəz" növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, “sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.

