“Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala karyerasını Belçikada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 29 yaşlı futbolçu “Eypen”lə müqavilə imzalayıb. Klub transferi rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb.
Qeyd edək ki, Simakala ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində 36 oyunda çıxış edib və 9 qol vurub.

