"Jorj Kaşkilya ilə bağlı çox suallar oldu".
Prosport.Az xəbər verir ki, bu barədə "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov bildirib.
Bölgə təmsilçisinin rəsmisi komandanın planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında açıqlama verib:
"Baş məşqçi ilə fikir ayrılığımız oldu. Qarşısına qoyulan məqsədə nail olduq. Yerli baş məşqçi ilə uğurlu olacağımızı düşündük. Fərid Namazov bizim üçün yad sima deyil".

