"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Şahruddin Məhəmmədəliyevlə əlaqəli son qərarı məlum olub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 2 il öncə "Adana Demirspor"dan geri qayıdan qapıçını düşərgədə saxlamağa qərar verib. 32 yaşlı kiperlə müqavilə 1 il müddətinə uzadılıb.
Onun yenidən əsas heyətə dönməsi isə özündən asılıdır. "Şah" ləqəbli "əlcək sahibi" bunun üçün Mateuş Koxalski və Martin Zlomisliç ilə gərgin rəqabət aparmalı olacaq.
Ağdam təmsilçisi bu yay, həmçinin Pedro Bikalyo və Bədavi Hüseynovla müqaviləni yeniləyib. Braziliyalı yarımmüdafiəçi ilə sözləşmə 2029-cu ilin yayınadək uzadılıbsa, Dağıstanəsilli müdafiəçi 2027-ci ilin yayınadək "köhlən atlar"ın formasını geyinəcək.

