“Qəbələ”nin Kərim Rossi ilə müqaviləsinin maliyyə detalları bəlli olub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, isveçrəli forvard "Şamaxı" ilə müqayisədə "qırmızı-qaralar"da yaxşı pul qazanacaq.
Əgər “şirlər” Rossiyə 5000 dollar əməkhaqqı ödəyirdisə, "Qəbələ"nin razılaşdığı məbləğ 12 min dollardır.
Qeyd edək ki, ötən mövsümü "Şamaxı"nın heyətində keçirən 32 yaşlı hücumçu Premyer Liqada 10 qol vurmaqla klubun bombardiri olub.

