"Kəpəz"dən ayrılan Ehtiram Şahverdiyevin yeni komandası müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi karyerasını I Liqada davam etdirəcək. O, yeni mövsümə iddialı başlamaq istəyən "Səbail"ə keçib.
Qeyd edək ki, Ehtiram Şahverdiyev ötən mövsüm "Kəpəz"in heyətində ölkə çempionatı və kubokunda ümumilikdə 32 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.

