"Neftçi" növbəti transferini həyata keçirməyi planlaşdırır.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, stopper mövqeyində çıxış edən legionerlə hazırda danışıqlar gedir.
Yuri Vernidubun bəyəndiyi əcnəbi qvineyalıdır. Onun adı açıqlanmasa da, qeyd olunub ki, təklif göndərilən oyunçu ölkəsinin millisinin formasını geyinir və Avropada çıxış edir.
"Neftçi" bu yay 1-i yerli, 3-ü xarici olmaqla, hələlik 4 oyunçu transfer edib. Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peskara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) düşərgəyə yeni qoşulub.

