Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşaya qayıtmağa yaxındır.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Rakov”la danışıq aparır.
Əslində, Polşa klubu Emrelinin razılığını alıb. Hazırda “Rakov” rəsmiləri “Kayzerslautern”lə danışıqları davam etdirir.
Millimizin üzvünün 2-ci Bundesliqa klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl Polşada “Legiya”nın formasını geyinib.

