Finlandiyanın KuPS klubu Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Vardar” komandasını qəbul edib.
Prosport.Az xəbər verir ki, görüşün əsas vaxtı qonaqların 2:0 üstünlüyü ilə başa çatıb. İlk matçda da eyni hesab qeydə alındığından əlavə vaxt oynanılıb.
Burada tərəflər daha 3 qol vurublar. Ümumi hesabda 4:3 qalib gələn Finlandiya klubu növbəti raunda adlayıb. Bu isə o deməkdir ki, "Sabah" TNS səddini keçsə, II təsnifat mərhələsində KuPS-la qarşılaşacaq.
Qeyd edək ki, hazırda 2-ci hissəsi davam edən TNS – "Sabah" oyununda hesab Bakı klubunun xeyrinədir - 2:0. "Bayquşlar" ilk matçda rəqibini 2 cavabsız qolla məğlub edib.

