"İmişli" futbol klubu iyulun 16-da yeni loqosunun rəsmi təqdimat mərasimini keçirəcək.
Prosport.Az xəbər verir ki, tədbirdə klubun yenilənmiş vizual kimliyi ictimaiyyətə təqdim olunacaq, həmçinin gələcək inkişaf strategiyası və qarşıdakı hədəflər barədə məlumat veriləcək.
Təqdimat mərasimi saat 10:00-da “Holiday Inn Baku” hotelinin “New York” zalında baş tutacaq.

