Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor”un baş məşqçisi Mustafa Ər fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında yeni transferləri dəyərləndirib:
“Toplanışı yüksək səviyyədə keçiririk. Həm taktiki, həm də oyun baxımından nələr bacardığımıza baxırıq. Çünki komandada yeni oyunçular var. Kollektivə 7 transfer cəlb olunub. Onların hər biri yüksək səviyyəli futbolçulardır, bəziləri milli komandalarında çıxış edir. Onlardan gözləntilərimiz böyükdür. Doğru transferlər həyata keçirdik və onların da köməyi ilə hədəfimiz I Liqanı çempion kimi tamamlayaraq Super Liqaya vəsiqə qazanmaq olacaq”.
Baş məşqçi daha 2 transfer reallaşdıracaqlarını vurğulayıb.

