"İmişli" klubu "Kəpəz"dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Prosport.Az xəbər verir ki, 23 yaşlı qolkiperlə "2+1" illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov "Sabah" və Kosovonun "Malişeva" komandasında da çıxış edib.