"Şamaxı" yeni mövsüm üçün heyətini gücləndirmək istiqamətində növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, bölgə təmsilçisi portuqaliyalı sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Jotanın son klubu Portuqaliyanın "Sao Joao de Ver" komandası olub.
Xatırladaq ki, "Şamaxı" yay transfer pəncərəsində bundan əvvəl Azər Bağırov (baş məşqçi), Sənan Muradlı, Emin Rüstəmov, Uğur Cahangirov, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov və Nicat Qaragözlünü də heyətinə cəlb edib.

