Türkiyənin "Qalatasaray" klubu futbolçusu Davinson Sançes üçün İtaliyanın "Komo" klubundan gələn ilk təklifi qəbul etməyib.
Prosport.Az "Tuttomercato"ya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi üçün 25 milyon avro təklif edib.
Lakin İstanbul klubu bu məbləği kifayət hesab etməyib. Məlumata görə, Türkiyə çempionu kolumbiyalı futbolçunu yalnız 30 milyon avro və ya daha yüksək məbləğ qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Davinson Sançes "Qalatasaray"ın heyətində indiyədək 121 oyunda meydana çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

