Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarından birinin rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Tovuz təmsilçisi iyulun 17-də İranın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümə hazırlığını Türkiyədə davam etdirir və təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

