Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-da komandasının hücumlarında ən fəal iştirak edən futbolçu olub.
Prosport.Az xəbər verir ki, 39 yaşlı forvard mundial ərzində Argentina millisinin 54 hücum epizodunda birbaşa pay sahibi olub. Messi 33 zərbə vurub, 21 qol vəziyyəti yaradıb.
Bu göstərici 1986-cı ildən bəri dünya çempionatlarında bir futbolçunun əldə etdiyi ən yüksək nəticədir. Həmin mundialda Dieqo Maradona 29 zərbə vurmuş və komanda yoldaşları üçün 30 qol epizodu yaratmışdı.
Qeyd edək ki, Maradonanın liderlik etdiyi Argentina millisi DÇ-1986-nın qalibi olmuşdu. Messi isə DÇ-2026-da bu tarixi göstəricini geridə qoyaraq növbəti rekorduna imza atıb.

