"Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
Prosport.Az idmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisini tərk edəcək növbəti ad qapıçı Şahruddin Məhəmmədəliyevdir.
Azərbaycan millisində də çıxış edən 32 yaşlı qolkiperin yaxın günlərdə komandadan ayrılacağı rəsmən elan olunacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev ötən mövsümdə "Qarabağ"ın heyətində cəmi 6 rəsmi matçda meydana çıxıb.

