“Qəbələ”dən ayrılan Eduardo Kundenin yeni klubu məlum olub.
Prosport.Az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
28 yaşlı futbolçu Nikosiyanın “Olimpiakos” klubu ilə 1+1 illik müqaviləyə imza atıb. “Olimpiakos” ötən mövsüm Kipr yüksək liqasında 14 komanda arasında 11-ci yeri tutub.
Kunde “Qəbələ”də 25 oyun keçirsə də, o, daha çox meydana sonradan daxil olurdu.

