"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso klubdakı ilk təəssüratlarını və yeni mövsümlə bağlı gözləntilərini bölüşüb.
Prosport.Az xəbər verir ki, klubun rəsmi saytına danışan ispaniyalı mütəxəssis komandanın uğur qazanacağına inandığını bildirib.
"Klub ən yüksək səviyyədədir. Struktur əladır. Amma ürəyimizi, məqsədimizi, zəhmətimizi və müsbət enerjimizi ortaya qoymalıyıq ki, uğurlu nəticələr əldə edək. Bunun üçün bütün lazımi inqrediyentlərə sahibik.
Münasibətlər qurmağa başlayacağam, çünki hər şey insan münasibətləri ilə bağlıdır. İnsan özünü yaxşı hiss edəndə adətən daha yaxşı işləyir.
Oyunçuların keyfiyyətlərini bilirəm. İndi isə ortaq vizyon və nail olmaq istədiyimiz məqsədlərə dair ümumi inam formalaşdırmalıyıq. Mənim ən çox sevdiyim məhz bu yaradıcı prosesdir. Futbolçuların bütün yarışlarda mübarizə aparmaq həvəsini hiss etməsini istəyirəm. Əminəm ki, "Çelsi" ilə uğur qazanmaq mümkündür".
Qeyd edək ki, "Çelsi" Xabi Alonso ilə 4 illik müqavilə imzalayıb.

