Ötən mövsümü "Səbail"də keçirən Rəşad Əzizli karyerasını Premyer Liqada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, 32 yaşlı qapıçı "Kəpəz"lə anlaşıb.
Təcrübəli qolkiper Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rəşad Əzizli karyerası ərzində "Rəvan", "Neftçi", "Sumqayıt", "Keşlə" (hazırkı "Şamaxı"), "Zirə", "Qəbələ" və "Səbail" klublarının da formasını geyinib.

