FIFA prezidenti Canni İnfantino 2030-cu ildən etibarən dünya çempionatında iştirak edəcək komandaların sayını 64-ə çatdırmağı planlaşdırır.
Prosport.Az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb.
Mənbənin iddiasına görə, bu təşəbbüs İnfantinonun 2027-ci ildə keçiriləcək FIFA Konqresində yenidən prezident seçilmək üçün apardığı seçki kampaniyasının əsas hissələrindən biridir.
Qeyd edək ki, bu dəyişiklik qəbul olunarsa, Canni İnfantinonun növbəti dəfə FIFA prezidentliyinə namizəd olmasına hüquqi imkan yarana bilər. Hazırda isə təşkilatın qüvvədə olan nizamnaməsi FIFA prezidentinin növbəti müddətə namizədliyini məhdudlaşdırır.

