"Zirə"dən ayrılan Ceyhun Nuriyevin yeni klubu "Şəfa" ola bilər.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə maraqlanan bir neçə Premyer Liqa təmsilçisi olsa da, onun karyerasını "Şəfa"da davam etdirməsi daha real görünür.
Tərəflər arasında danışıqlar bir neçə gündür davam edir. Lakin futbolçunun maaş tələbi ilə klubun təklifi arasında fərq olduğundan razılıq hələ əldə edilməyib. "Şəfa" rəhbərliyi Ceyhun Nuriyevin maliyyə tələblərində güzəştə getməsini gözləyir.
Qeyd edək ki, Ceyhun Nuriyev daha əvvəl "Sabah" və "Zirə"nin formasını geyinib. O, Azərbaycan millisində 13 oyunda meydana çıxıb.

