Norveç millisinin DÇ-2026 ilə vidalaşmasından sonra Erlinq Haalandın atası Alf-İnqe Haaland hakim idarəçiliyini tənqid edib.
Prosport.Az xəbər verir ki, "Daily Sport"un məlumatına görə, o, İngiltərəyə məğlubiyyətdən sonra sosial şəbəkə hesabında paylaşım edərək matçın nəticəsinə etirazını ifadə edib.
Alf-İnqe Haaland paylaşımında "Əla iş gördünüz, Bellinqem və hakim!" sözlərini yazaraq, Norveç millisinin məğlubiyyətində hakim qərarlarının həlledici rol oynadığını düşündüyünü bildirib.
Qeyd edək ki, qarşılaşmanın ən mübahisəli epizodlarından biri Cud Bellinqemin qollarından əvvəl yaşanıb. Bir sıra azarkeş və futbol mütəxəssisi Norveç qapıçısı Örjan Nylandın topu uzaqlaşdırarkən onun stadionun üzərində yerləşən kabelə toxunduğunu iddia etsə də, hakim oyunu dayandırmayıb.
Daha sonra FIFA açıqlama yayaraq topun daxilində yerləşən sensorun kabelə təmas qeydə almadığını və buna görə oyunun davam etdirilməsinin doğru qərar olduğunu bildirib.

