İtaliya millisinin sabiq hücumçusu və 1993-cü ilin "Qızıl top" mükafatçısı Roberto Baccio sosial şəbəkə hesabında Argentina millisinin kapitanı Lionel Messi ilə birlikdə çəkilmiş şəklini paylaşıb.
Prosport.Az xəbər verir ki, Messi öz formasını əfsanəvi italiyalı futbolçuya hədiyyə edib.
Baccio paylaşımında bunları yazıb:
"Leo, qiymətli hədiyyən və qayğın üçün təşəkkür edirəm. Səni sevirəm, dostum."
Şəkil DÇ-2026-nın 1/4 finalında Argentina ilə İsveçrə arasında keçirilən və argentinalıların 3:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra çəkilib.
Qeyd edək ki, Argentina millisi iyulun 15-də dünya çempionatının yarımfinalında İngiltərə ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

