Argentina millisi dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib.
Prosport.Az xəbər verir ki, "Opta"ya istinadən xəbər verir ki, Lionel Skaloninin rəhbərlik etdiyi komanda mundiallar tarixində ardıcıl 12 oyunda 2 və ya daha çox qol vuran ilk yığma olub.
Argentina bu göstəricini DÇ-2026-nın 1/4 final mərhələsində İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub etməklə rəsmiləşdirib.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının yarımfinalında iyulun 15-də İngiltərə ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

