"Qarabağ" yay transfer dönəmində heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Serbiyanın "Partizan" klubunda çıxış edən Nihad Muyakiçin transferini başa çatdırmaq üzrədir.
Məlumata görə, "Qarabağ" Bosniya və Herseqovina millisinin üzvü olan mərkəz müdafiəçisinin keçidi ilə bağlı "Partizan"la danışıqları davam etdirir. Transferin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 28 yaşlı stoperin "Partizan"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Muyakiç karyerası ərzində "Sarayevo", "Kortreyk", "Hayduk", "Vaasland-Beveren", "Ankaragücü" və "Eyüpspor" klublarında da çıxış edib.
Bosniya və Herseqovina millisində 12 oyuna çıxan və 1 qol vuran müdafiəçi DÇ-2026-nın iştirakçısı olsa da, komandasının qrup mərhələsindəki üç oyununda və 1/16 final görüşündə meydana çıxmayıb.

