Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərəyə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə danışan 39 yaşlı hücumçu İngiltərə millisinə qarşı karyerasında ilk dəfə meydana çıxacağını deyib.
“İngiltərəyə qarşı oynamaq xüsusi hissdir. Çünki onlar güclü komandadır və böyük millilərlə matçlar həmişə fərqli olur. Onlarla ilk dəfə qarşılaşacağam. İngiltərədən başqa bütün yığmalara qarşı oynamışam. Buna görə də bu baxımdan da maraqlı olacaq”, – deyə Messi bildirib.
Təcrübəli futbolçu yarımfinal görüşünə ciddi hazırlaşacaqlarını vurğulayıb:
“Bu görüşü olduğu kimi qəbul etmək lazımdır: dünya çempionatının yarımfinalı və qarşımızda çox güclü, böyük komanda var. Yenidən mübarizə aparmaq üçün matça mümkün qədər yaxşı vəziyyətdə çıxmağa çalışmalıyıq. Çox güc sərf etmişik və bəzən bu hiss olunur. Qarşılaşmaya hazırlaşacağıq”.
Qeyd edək ki, Argentina – İngiltərə yarımfinal oyunu iyulun 15-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

